“Tottenhem”in hücumçusu “Trabzonspor” yolunda
Futbolpress.azŞahin Cəfərov


“Tottenhem”in futbolçusu Rişarlison karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Trabzonspor” braziliyalı hücumçunun transferi üçün London klubu ilə danışıqlar aparır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Tottenhem” heyətdən kənarlaşdırılan Rişarlison üçün 15 milyon avro tələb edir. Türklər məbləğin endirilməsinə çalışır.
Rişarlison bu mövsüm cəmi 68 dəqiqə oynayıb.
Futbolçu özü də klubundan ayrılmaq istəyir.
