Rafinya niyə "Barselona"nın düşərgəsinə gec qayıdıb?

“Barselona”nın idman direktoru Deku Rafinyanın Braziliya millisinin düşərgəsindən kluba vaxtından əvvəl qayıtmamasına aydınlıq gətirib.
1Sport.az xəbər verir ki, vinger Yaponiya ilə yoldaşlıq görüşündə qırmızı vərəqə alıb. Buna görə də braziliyalı futbolçu Sinqapurla növbəti matçda iştirak edə bilməyib. Deku isə onun İspaniyaya vaxtından əvvəl qayıtmasının məşq prosesinə ciddi təsir göstərməyəcəyini bildirib:
“Braziliya Futbol Konfederasiyası ilə əlaqə saxladıq. Onun geri qayıtması ciddi fərq yaratmazdı. Sinqapura səfər isə logistika baxımından çətinliklər yaradır. Bu, maliyyə maraqları ilə bağlıdır. FİFA buna icazə verirsə, bizim çox şey etmək imkanımız yoxdur”.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2022-ci ildən “Barselona”da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 14 oyuna çıxıb, 19 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
