NBA-də klatçda ən çox xal toplayanlar açıqlandı


NBA-də mövsümün əvvəlində klatç anlarında ən çox xal toplayan oyunçuların siyahısı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "Memfis Qrizliz"in üzvü Tay Cerom 29 xalla liderlik edir. O, əsas vaxtın son 5 dəqiqəsində hesab fərqi 5 xaldan az olan anlarda bu nəticəni göstərib.
Həmin epizodlarda Ceromun dəqiqlik göstəricisi 77 faiz təşkil edir.
İkinci pillədə "Filadelfiya Seventi Siksers"in oyunçusu Tayriz Maksi qərarlaşıb. Onun hesabında 28 xal və 80 faiz TS% var.
Eyni xalı "Nyu Orlean Pelikans"ın forvardı Zayon Uilyamson da toplayıb, onun TS% göstəricisi isə 69 faizdir. Liderlər qrupunu "Dallas Maveriks"in forvardı Kuper Fləgg tamamlayır. O, 27 xal və 89 faiz TS% ilə fərqlənib.
