Sertifikasiya imtahanlarında işdən azad olunanlar barədə açıqlama verilib


17 mənbə əsasında
Elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən panel sessiyasında sertifikasiya nəticələri barədə danışıb. O bildirib ki, imtahanlardan sonra işdən azad edilən pedaqoqların əksəriyyətini ibtidai sinif müəllimləri təşkil edir. Nazir bu vəziyyətin keçmişdə mövcud olan müəllim çatışmazlığı səbəbindən orta ixtisas təhsilli kadrların cəlb olunması ilə bağlı olduğunu izah edib. Hazırda isə həm məktəbəqədər, həm də ibtidai təhsil səviyyəsində dərslərin tamamilə ali təhsilli mütəxəssislər tərəfindən aparılması nəzərdə tutulur.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Nazir: Sertifikasiyada işdən azad edilən müəllimlərin böyük hissəsi ibtidai sinif müəllimləri olub
Sertifikatlaşdırma imtahanlarının nəticələrinə əsasən işdən azad edilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib. Bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, bu fikirlərin səsləndirilməsində məqsəd ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək və ya onların peşə bacarıqlarını kiçiltmək deyil. Bununla belə, o, ibtidai təhsil səviyyəsində dərs deyən müəllimlərin böyük bir hissəsinin orta ixtisas təhsilli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu vəziyyət uzun müddət ölkədə müəllim çatışmazlığının mövcud olması ilə əlaqədar formalaşıb. Hazırda isə həm ibtidai, həm də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən aparılmasına keçid təmin edilib. Nazir bu dəyişikliklərin uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəyinə inandığını bildirib.(Azərtac) Reportyor.az
Tam oxu Reportyor.az saytındaDərc vaxtına görə
