Nazir sahibkarlara müraciət etdi: Məqsəd cərimələmək deyil


Əmək qanunvericiliyinə nəzarətdə əsas məqsəd sahibkarları cərimələmək deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirərək onların qarşısını almaqdır.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, əmək qanunvericiliyinə dövlət nəzarəti yalnız pozuntuların aşkarlanması və cəza tədbirlərinin görülməsi ilə məhdudlaşmamalıdır.
Onun sözlərinə görə, müasir nəzarət mexanizmləri rəqəmsal vasitələrə, risklərin qabaqcadan qiymətləndirilməsinə və pozuntuların yaranma səbəblərinin aradan qaldırılmasına əsaslanmalıdır.
Anar Əliyev vurğulayıb ki, bu istiqamətdə işəgötürənlər və həmkarlar ittifaqları ilə əməkdaşlıq, sosial dialoqun inkişafı və biznesə metodoloji dəstək xüsusi əhəmiyyət daşıyır.
Nazir bildirib ki, əsas hədəf sahibkara riski vaxtında görmək və təhlükəni aradan qaldırmaq üçün kömək etməkdir.
