Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27 faiz artıb


Naxçıvan, 20 noyabr, AZƏRTAC
Cari il noyabrın 1-nə muxtar respublikada qeydiyyatda olan yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) sayı 3417 ədəd olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2026-cı ilin yanvar–oktyabr aylarında Naxçıvanda belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 520,6 milyon manata yaxındır. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 110,8 milyon manat və ya 27 faiz çoxdur.
Müxbir- Nail Əsgərov
Dərc vaxtına görə
