Naxçıvanda ekoloji tədbir çərçivəsində minlərlə ağac və meyvə tingi basdırılıb


4 mənbə əsasında
Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsi və yaşıllıqların artırılması məqsədilə irimiqyaslı ağacəkmə tədbiri təşkil olunub. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində baş tutan aksiyada muxtar respublikanın rəhbər şəxsləri və müxtəlif qurumların əməkdaşları iştirak ediblər. Bölgənin yeddi rayonunu əhatə edən kampaniya zamanı ümumilikdə on üç min ədəd ting torpağa basdırılıb. Bunlardan üç mini çinar, on mini isə yerli iqlimə uyğunlaşdırılmış meyvə tingləridir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Naxçıvanda genişmiqyaslı ağacəkmə aksiyası - 13 min ting əkilib
Naxçıvan, 21 noyabr, AZƏRTAC “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında magistral yolların kənarındakı yaşıllıq zolaqlarının genişləndirilməsi, yaşıllıq sahələrində əkin-bərpa işlərinin davam etdirilməsi və ətraf mühitin mühafizəsi məqsədilə genişmiqyaslı ağacəkmə tədbirləri keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirlərdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədli, muxtar respublika Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikasının baş naziri Cabbar Musayev, baş nazirin birinci müavini Elşad Əliyev, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları iştirak ediblər.Babək, Culfa, Ordubad, Kəngərli, Şahbuz, Şərur və Sədərək rayonlarını əhatə edən aksiya çərçivəsində ümumilikdə 13 min ədəd ting əkilib. Onlardan 3 mini çinar, 10 mini isə müxtəlif növ meyvə tingləridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik sahələrində yetişdirilən meyvə tingləri muxtar respublikanın torpaq və iqlim şəraitinə uyğunlaşdırılmış növlərdir. Üç min ədəd çinar tingi isə ölkənin müxtəlif bölgələrindən gətirilib.Bu aksiya muxtar respublikada ekoloji tarazlığın qorunması, yaşıllıq sahələrinin artırılması və biomüxtəlifliyin zənginləşdirilməsi istiqamətində görülən ardıcıl işlərin davamı olmaqla, ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji dayanıqlığın təmin olunmasına xidmət edir. Müxbir - Nail Əsgərov
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə