Naxçıvan məktəblisi informatika üzrə milli komandaya seçilib


Babək rayon Hacıvar kənd tam orta məktəbinin şagirdi Əzim Hacıyev informatika üzrə beynəlxalq olimpiadada ölkəmizi təmsil etmək hüququ qazanıb.
"Aztəhsil.az" xəbər verir ki, 9 noyabrda VII–XI sinif şagirdləri arasında informatika üzrə keçirilən seçmə imtahanının nəticələrinə əsasən, Əzim Hacıyev 112 keçid balı toplayaraq Azərbaycanın 12 nəfərlik milli komandasına seçilib.
O, 19-20 noyabr tarixlərində Rumıniyada keçiriləcək “Romanian Master of Informatics” beynəlxalq olimpiadasında Azərbaycanı təmsil edəcək.