Naxçıvan Ali Məclisinin deputatının olduğu avtomobilin qəzası ilə bağlı cinayət işi açılıb


ANZ.AZ xəbər verir ki, Naxçıvan–Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib. 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.
1 mənbə
