Müdafiə Nazirliyində NATO-nun Dəstək və Təchizat Agentliyinin nümayəndələri ilə müzakirə aparılıb


16 mənbə əsasında
Azərbaycan Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin nümayəndə heyəti ilə görüş baş tutub. Tədbir zamanı Əməliyyatların Logistik Dəstəyi mexanizmlərinin fəaliyyəti, hərbi mobillik və təchizat zəncirinin dayanıqlılığı məsələləri müzakirə olunub. İştirakçılar həmçinin hərbi logistika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qulluqçular üçün təlim tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
MN-də NATO nümayəndə heyəti ilə görüş keçirilib
Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində NATO-nun Dəstək və Təchizat Agentliyinin (NSPA) nümayəndə heyəti ilə Əməliyyatların Logistik Dəstəyi (OLSP) mexanizmlərinin fəaliyyətinə dair görüş keçirilib. Bakıvaxtı.az xəbər verir ki, görüşdə müasir təhlükəsizlik mühitində NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, hərbi mobilliyin təmin edilməsi, təchizat zəncirinin dayanıqlılığın gücləndirilməsi və NATO-nun kollektiv logistik təminat fəaliyyətləri barədə təqdimatlar verilib. Tərəflər, NATO-ya üzv ölkələr üçün yeni təhlükəsizlik mühitinin yaradılması, Əməliyyatlar üçün Logistik Dəstək Tərəfdaşlığının (OLSP) fəaliyyət istiqamətləri, üzv dövlətlərin milli, çoxtərəfli və NATO çərçivəsində mövcud olan logistik imkanlarından birgə istifadə mexanizmləri, həmçinin Azərbaycan ilə NATO arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Görüşdə, bununla yanaşı hərbi qulluqçular üçün təlim və maarifləndirmə tədbirlərinin təşkili, həmçinin NSPA və OLSP kimi mexanizmlər vasitəsilə mövcud olan beynəlxalq və çoxtərəfli imkanlardan səmərəli faydalanma imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
