Milyarder statusunu itirdi: şirkətin səhmləri 90%-dən çox ucuzlaşdı


Çinin süni intellekt korporasiyası “MiniMax”ın təsisçisi Yan Junjie şirkətin bazar dəyərinin kəskin azalması nəticəsində milyarder statusunu itirib.
Ölkə.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“UOB Kay Hian” maliyyə qrupunun fərdi sərvətlərin idarə edilməsi üzrə direktoru Kennet Qo nəşrə açıqlamasında bildirib ki, “MiniMax” süni intellekt bazarında investorların artan narahatlıqları fonunda ciddi çətinliklərlə üzləşib. Onun sözlərinə görə, noyabrın 20-də şirkətin dəyərində kəskin eniş qeydə alınıb və bunun səbəblərindən biri bəzi investorların kapitalını “Anthropic” şirkətinə yönəltməsi ola bilər.
“Forbes”in məlumatına əsasən, Çinin süni intellekt sektorunda rəqabətin kəskinləşməsi və bazar iştirakçılarının ehtiyatlı davranması fonunda “MiniMax”ın qiymətli kağızlarının dəyəri 90 faizdən çox azalıb.