Millimiz üç oyun keçirdi
1sport.az1Sport.az

Azərbaycanın U-14 basketbol millisi Serbiyanın paytaxtı Belqradda keçirilən təlim-məşq toplanışını bitirib. Yığmamız üç yoxlama oyunu keçirib.
1Sport.az xəbər verir ki, millimiz Serbiyanın “KK Cerak Beograd”, “Partizan” və “Srvena Zvezda” basketbol komandalarının müvafiq yaş qrupları ilə qarşılaşıb.
Yığmamız keçirilən üç görüşün birində qələbə qazanıb, ikisində isə məğlub olub.
Toplanış zamanı gənc basketbolçular beynəlxalq oyun təcrübəsi əldə edərək gələcək yarışlara hazırlıq baxımından faydalı sınaq keçiblər.
Dərc vaxtına görə
