Millimiz Serbiyada üç oyun keçirdi
Football-plus.azkenan


U-14 basketbol millimiz Belqradda keçirilən təlim-məşq toplanışını başa vurub. Gənc basketbolçular hazırlıq prosesi çərçivəsində üç yoxlama oyununda qüvvələrini sınayıblar."Football-plus.az" xəbər verir ki, yığmamız Serbiyanın “KK Cerak Beograd”, “Partizan” və “Srvena Zvezda” basketbol komandalarının müvafiq yaş qrupları ilə qarşılaşıb.
Yığmamız keçirilən üç görüşün birində qələbə qazanıb, ikisində isə məğlub olub.
Toplanış zamanı gənc basketbolçular beynəlxalq oyun təcrübəsi əldə edərək gələcək yarışlara hazırlıq baxımından faydalı sınaq keçiblər.
Dərc vaxtına görə
Football-plus.azoxuduğunuz
Millimiz Serbiyada üç oyun keçirdi
