Krivotsyuk oynadı?


Cənubi Koreya çempionatında 36-cı turun oyunları keçirilir.
Publika.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Qanqvon”un qonağı olub. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Krivotsyukun adı matçın iştirak ərizəsində yer almayıb. Lixtenşteynlə oyundan əvvəl çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən Antonun adı millinin heyətindən çıxarılmışdı. Görünür, o, hələ də oynayacaq vəziyyətdə deyil.
Qeyd edək ki, 10 oyundur məğlubiyyət görməyən “Daejeon” 56 xalla turnir cədvəlində üçüncüdür.
1 mənbə
