Mikautadze: "Barselona uşaqlıqdan sevdiyim klubdur"


Gürcüstan millisinin və "Vilyarreal"ın hücumçusu Jorj Mikautadze "Barselona"nın ona maraq göstərməsinə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Mikautadze bu barədə bunları deyib: "Bu, mənim üçün çox xoşdur. "Barselona" uşaqlıqdan izlədiyim və hələ də oyunlarını seyr etdiyim klubdur. Mənə yalnız çalışmaq qalır ki, bəlkə də gələcəkdə belə böyük bir komandaya qoşulmaq şansım olsun. Düşünürəm ki, La Liqanın ən yaxşı hücumçularından birinə çevrilmək üçün keyfiyyətlərim var".
Cari İspaniya çempionatında Mikautadze 12 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
