"Meydana qələbə üçün çıxacağıq" - "Karvan-Yevlax"ın futbolçusu


1-ci Liqanın 8-ci turunda "Karvan-Yevlax" "Xankəndi"nin qonağı olacaq. Yevlax təmsilçisinin futbolçusu Rəhim Cəfərli Xankəndidə baş tutacaq görüşdən öncə fikirlərini Fanat.Az-a bölüşüb:
"Qarşıdakı oyuna ciddi hazırlaşmışıq. "Xankəndi" yaxşı komandadır və rəqibə hörmətlə yanaşırıq. Amma bizim də məqsədimiz bəllidir. Meydana qələbə üçün çıxacağıq. Komanda olaraq əlimizdən gələni edəcəyik. Bu qarşılaşmada uğurlu nəticə qazanmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, sözügedən matç noyabrın 19-da baş tutacaq. Xankəndi şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 16:00-da səsləndiriləcək.
Nihat
