Messi MLS-in ən dəyərli oyunçusu mükafatına namizəd göstərilib


Lionel Messi ardıcıl üçüncü dəfə Landon Donovan adına MLS-in ən dəyərli futbolçusu mükafatına namizəd olub.
Offsideplus.az xəbər verir ki, "İnter Mayami"nin hücumçusu ilə yanaşı, Evander ("Sinsinnati"), Gilherme Vieyra ("Hyuston Dynamo"), Hani Muxtar ("Neşvil") və Kavan Sallivan ("Filadelfiya Yunion") də bu mükafata iddialıdır.
Bundan əlavə, Antuan Qrizmann "Orlando Siti"nin heyətində ilin debütantı mükafatına namizəd olub. Bu kateqoriyada Evander və Andre Luis ("Kanzas Siti") də finalçılar sırasındadır.