Məşhur pianoçunun konsertə 17 dəqiqə gecikməsi NARAZILIQ YARATDI


Məşhur pianoçu konsertə 17 dəqiqə gecikib, tamaşaçılardan səbirli olmalarını istəyiblər.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Çin əsilli amerikalı pianoçu Yuja Van Pekində keçirilən konsertə 17 dəqiqə gecikdiyi üçün sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.
Tamaşaçılar və orkestr musiqiçinin səhnəyə çıxmasını gözləyərkən aparıcı onun məşqini davam etdirdiyini və hələ pianino arxasında lazımi əhval-ruhiyyəni tapa bilmədiyini bildirib. O, auditoriyadan səbirli olmağı xahiş edib.
Hadisə Çin sosial şəbəkələrində narazılıq yaradıb. Yerli media isə musiqiçinin hazırlıq prosesinin tamaşaçıların və orkestrin vaxtı hesabına aparılmasını tənqid edib.
“Xinmin Evening News” qəzeti qeyd edib ki, konsertə alınan bilet qarşılıqlı öhdəliklər yaradır və vaxtında səhnəyə çıxmaq peşəkarlığın əsas göstəricilərindəndir.
Xuraman Etibarlı
İnterpress.az

Demokrat.az+1 mənbə