Məleykə Abbaszadənin yerinə namizədlər - Siyahı


Məleykə Abbaszadə Bakı Dövlət Universitetinə rektor təyin edildikdən sonra universitetin əvvəlki nüfuzu, imici və reputasiyası bərpa olunacaq.
Bunu Axar.az-a təhsil eksperti Elçin Əfəndi Bakı Dövlət Universitetində baş verən rəhbər dəyişikliyini şərh edərkən deyib.
“Məleykə Abbaszadə təhsili, qəbul proseslərini bilən şəxsdir. O cümlədən, beynəlxalq əməkdaşlığa açıq olan biridir. Bu isə BDU-nun həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə imicinin daha da yaxşılaşmasına imkan yaradacaq. Bakı Dövlət Universiteti yenidən ən öndə gedən, ən dayanıqlı universitet statusunu tədricən bərpa edəcək”, - o bildirib.
Ekspert əlavə edib ki, indi DİM-də rəhbər şəxsin kim olacağı ilə bağlı ictimaiyyət maraqla gözləyir:
“Məncə, bu vəzifəyə bir neçə namizəd düşünülür. BANM-ın rəhbəri Elmar Qasımov, ADNSU-nun rektoru Rüfət Əzizov, Naxçıvanın keçmiş təhsil naziri Elxan Nəcəfov, o cümlədən elm və təhsil nazirinin müavinləri və yaxud da Təhsilin İnkişafı Fondunun rəhbərliyindən bu posta namizədlər ola bilər.
Ümumilikdə, gələn şəxs qəbul imtahanı modelində müəyyən dəyişikliklər etməlidir, fənlərin sayı minimallaşdırılmalıdır, abituriyentlər üçün daha asan qəbul prosesi təmin olunmalıdır. Düzdür, qəbul olmaq ölkə vətəndaşı üçün ənənəvi baxımdan uyğundur. Sadəcə olaraq, proses elə çətindir ki, abituriyent 6-7 fəndən imtahan verir. Yəni beynəlxalq imtahanlara baxsaq, görərik ki, iki-üç fəndən imtahan götürülür. Bizdə də düşünürəm ki, bu istiqamətdə mütləq işlər görülməlidir və fənlərin sayı 6-7-dən 2-3 fənn həddinə qədər endirilməlidir.
Bundan əlavə, DİM-in rəhbərliyinə gələcək şəxs qəbul imtahanı nəticələrinin daha erkən elan olunması üçün müvafiq tədbirlər görməli və tapşırıqlar verməlidir. Çünki abituriyent imtahan verdikdən sonra təxminən bir ay, ay yarım gözləyirik ki, nəticələr elan olunsun. Bu da uzun müddətdir, nəticədə müəllimlər, abituriyentlər və valideynlər yayda normal istirahət edə bilmirlər. Düşünürəm ki, bu məsələlərə mütləq diqqət yetirilməlidir”.
Tarix
2026.11.19 / 15:20
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər
İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır
Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev
İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi
Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan
İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!
Simonyan Azərbaycana gəlir
Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!
Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?
Bu mərkəzə yeni direktor təyin olundu
Bayramov və Fidan arasında telefon danışığı oldu