Məktəbli qız itlərin hücumundan son anda xilas oldu -


Ağdamda məktəbli qız sahibsiz itlərin hücumuna məruz qalıb.
"Bakupost"un “Qafqazinfo”ya istinadla əldə etdiyi məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Ağdam rayon 150 saylı tam orta məktəbin şagirdi dərsdən sonra yaşadığı ünvana gedərkən bir neçə sahibsiz itin hücumuna məruz qalıb. Hadisəni görən yaxınlıqdakı sakinlər müdaxilə edərək məktəbli qızı itlərin əlindən xilas ediblər.
Hücum nəticəsində qızın ayaq nahiyəsindən xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Dərc vaxtına görə
Bakupost.azoxuduğunuz
Məktəbli qız itlərin hücumundan son anda xilas oldu -