Kriminal avtoritet müğənni ilə evləndi – məşhur sənətçilərlə bağlı qalmaqallı iddialar!


Azərbaycanlı kriminal avtoritet ailə həyatı qurub.
Modern.az-ın məlumatına görə, uzun illər Rusiyada həbsdə olan və kriminal aləmdə “Bərdəli Ruslan” ləqəbi ilə tanınan Ruslan Nəzərli müğənni ilə evlənib. Onun həyat yoldaşı “Kristal” qrupunun keçmiş solisti, gənc ifaçı Həmidə Hüseynovadır.
Qeyd edək ki, Ruslan Nəzərli 2012-ci ildə Rusiyanın Daxili İşlər Nazirliyinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi, polkovnik-leytenant Sergey Tarasovu döyməkdə ittiham olunaraq həbs edilib.
Kaluqa şəhər məhkəməsinin qərarı ilə Nəzərli dövlət məmuruna qarşı zorakılıq, qanunsuz silahlı birləşmələrin yaradılması və quldurluqla bağlı bir sıra maddələr üzrə təqsirli bilinərək 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, indiyədək bir sıra tanınmış müğənnilərin kriminal aləmin nümayəndələri ilə münasibətləri barədə də mətbuatda məlumatlar yayılıb. Onların arasında mərhum Xalq artisti İlhamə Quliyeva və müğənni Fədayə Laçın da var.
Mərhum Xalq artisti İlhamə Quliyevanın kriminal dəstə rəhbəri kimi tanınan, keçmiş Daxili İşlər Nazirliyi əməkdaşı Hacı Məmmədovla sevgi münasibətində olması barədə dəfələrlə xəbərlər dərc edilib. İlhamə Quliyeva həmin iddiaları təkzib etsə də, Xalq artisti Aygün Kazımova vaxtilə mətbuata açıqlamasında onların münasibətdə olduğunu, hətta İlhamə Quliyevanın Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupla əlaqəsinin olduğunu iddia etmişdi.
Aygün Kazımova açıqlamasında İlhamə Quliyevaya müraciətlə onun “İlhamə Qarabulaqlı” adı ilə Qarabulaqda yerləşdirilən plakatını və adam oğurluğuna görə həbs edilən Hacı Məmmədovla yaxınlığını xatırladaraq, bu hadisələrlə bağlı suallar səsləndirmişdi.
Yazı naviqasiyası
1 mənbə