Məktəbin tualetində 17 yaşlı yeniyetmənin meyiti tapıldı - Tatarıstanda


Nabrejnıye Çelnı şəhərində yerli məktəblərdən birinin 17 yaşlı şagirdinin ölümünün səbəb və şəraiti müstəntiqlər tərəfindən araşdırılır.
32gun.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Tatarıstan Respublikası üzrə İstintaq İdarəsi məlumat yayıb.
Zoraki ölüm əlamətləri olmayan yeniyetmənin meyiti noyabrın 17-də 19 nömrəli məktəbin otaqlarından birində aşkarlanıb. "Mash Iptash"ın məlumatına görə, yeniyetmə tualetə yollanıb və orada huşunu itirib.
Bir müddət sonra sinif yoldaşları onu həyat əlamətləri olmadan tapıblar. Hadisə yerinə oğlanın valideynləri, təcili tibbi yardım və polis əməkdaşları gəlib.
Baş vermiş hadisə ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə cinayət işi açılıb. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi də daxil olmaqla bir sıra ekspertizalar təyin edilib.
Xatırladaq ki, bundan əvvəl Moskvaətrafı meşədə itkin düşən doqquz yaşlı oğlanın meyiti aşkarlanmışdı. Məktəbli dərsdən evə qayıtdıqdan sonra gəzməyə çıxıb, lakin geri qayıtmayıb.
Vəziyyətdən narahat olan valideynlər dərhal axtarışlara kömək etmələri üçün könüllülərə müraciət ediblər. Həmin gün axşam saatlarında uşağın meyiti meşədə tapılıb. Onunla tam olaraq nə baş verdiyi məlum deyil; hadisə ilə bağlı bir neçə versiya, o cümlədən intihar ehtimalı irəli sürülür.
Ayaz
