Mbappe və Konate Oliseyə "Real Madrid"də oynamağın üstünlüklərini deyirlər


Fransanın gənc yarımmüdafiəçisi Maykl Olise hələ də "Real Madrid"in maraq dairəsində qalır.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı futbolçunun "Bavariya Münhen"lə müqaviləsi 2029-cu ilin 30 iyununa qədər qüvvədədir. Hazırda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar aparılır. "Real Madrid" vəziyyəti yaxından izləyir və Olise də bu barədə məlumatlıdır.
Fransa millisinin düşərgəsində hər dəfə Olise yığmaya qoşulanda, Kilian Mbappe və İbrahima Konate ona "Real Madrid"də oynamağın necə gözəl olduğunu söyləyirlər.
Ötən yay "Bavariya Münhen" rəhbərliyi Olisenin transferinə heç bir halda razı olmayacaqlarını, hətta 500 milyon avro təklif olunsa belə, oyunçunu satmayacaqlarını bildirmişdi. Lakin müqavilənin başa çatmasına iki il qaldığı üçün əgər yeni razılaşma əldə olunmasa, gələn yay klub onu daha aşağı məbləğə buraxa bilər.
"Bavariya Münhen"in fəxri prezidenti Uli Hyoness Olise və "Real Madrid" barədə belə deyib: "Mən gülməkdən yerə yıxıldım! "Bavariya" hətta Çin imperatoru ilə belə bu mövzuda danışmazdı".
1 mənbə
