Maykl Ceksonun əfsanəvi gödəkçəsi 8,5 milyon dollara hərraca çıxarılır


Dünya şöhrətli pop ulduzu Maykl Ceksonun 100-dən çox şəxsi əşyası Əbu-Dabidə təşkil olunacaq "Julien's Auctions" hərracında satışa çıxarılır.
Plat.az xəbər verir ki, dekabrın 7-9-da baş tutacaq hərracın ən bahalı eksponatı müğənninin 1983-cü ildə "Thriller" klipində geyindiyi 8,5 milyon dollarlıq qırmızı dəri gödəkçədir.
Ümumilikdə səhnə geyimləri və aksesuarların yer aldığı kolleksiyada "American Music Awards" mükafatı da 7 min dollara təklif olunur. Qeyd edək ki, "Forbes" jurnalının reytinqinə görə, Cekson ölümündən sonra da mədəni irsi ən çox gəlir gətirən məşhurların siyahısına başçılıq edir.