Materatsi: "Zidan çempionları başa düşür və onlara azadlıq verir"


İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi Zinəddin Zidanın baş məşqçi kimi fəaliyyətindən heyran qaldığını bildirib.
Offsideplus.az xəbər verir ki, o, Zidanın ən yüksək səviyyəli paltardəyişmə otaqlarında olduğunu, oyunçuları yaxşı tanıdığını və çempionları başa düşdüyünü vurğulayıb. O qeyd edib ki, Zidan futbolçulara özləri kimi olmağa imkan verir və onlarla etimad münasibəti qurur ki, bu da qələbələr üçün əsas şərtdir.
Materatsi əlavə edib: "O, çoxlu titullar qazanıb. Kriştiano Ronaldu, Qaret Beyl, Marselo, Luka Modriç kimi ulduzları çalışdıranda, ağıllı məşqçi sadəcə öz təcrübəsini komandanın xeyrinə istifadə etməlidir. Kriştianonu sərbəst zərbə vurmağa öyrətməyə ehtiyac yoxdur, Benitesin etdiyi kimi".
Materatsi həmçinin bildirib ki, Zidan "Real Madrid"lə böyük uğurlar qazandıqdan sonra məşqçiliyə fasilə verib, çünki Fransa millisinin baş məşqçisi olmasını gözləyirdi. Onun fikrincə, Fransa İspaniyaya real problem yarada biləcək yeganə komandadır. Materatssi deyib: "Zidanın üç tam heyəti var, hətta A Seriyasının ən güclü oyunçusu Türamı ehtiyatda saxlamaq lüksünü özünə rəva görə bilərdi".
