Masallıda məktəblilərlə “Diqqət, uşaqlar!” adlı maarifləndirmə tədbirləri keçirilib


Masallı şəhər 1 nömrəli və Qəriblər kənd tam orta ümumtəhsil məktəblərində yol hərəkəti qaydalarına həsr olunmuş “Diqqət, uşaqlar!” adlı maarifləndirmə tədbirləri təşkil edilib.
Cənub Media xəbər verir ki, polis əməkdaşlarının təşkilatçılığı ilə keçirilən tədbirlərin məqsədi şagirdlərin yol hərəkəti qaydaları barədə məlumatlılığını artırmaq və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına töhfə verməkdir.
Dövlət Yol Polisi əməkdaşları məktəblilərə svetofor və yol nişanlarının tələbləri, piyada keçidlərindən düzgün istifadə, eləcə də yolu təhlükəsiz keçmə qaydaları barədə məlumat veriblər.
Bildirilib ki, uşaq travmatizminin qarşısının alınması üçün maarifləndirmə işlərinin davamlı aparılması, yeniyetmələrdə yol hərəkəti qaydalarına məsuliyyətli yanaşmanın formalaşdırılması vacibdir.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Cənub Media, Masallı
Views: 130
Post navigation
1 mənbə