Masallıda 52 il müəllimlik etmiş 87 yaşlı pedaqoqla görüş keçirilib


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 52 il pedaqoji fəaliyyət göstərmiş, 87 yaşlı dil və ədəbiyyat müəllimi Vəkil Ağayevlə görüşüb.
Cənub Media xəbər verir ki, görüş noyabrın 16-da rayonun Böyük Kolatan ərazi dairəsinin Bağıroba kəndində Vəkil Ağayevin yaşadığı evdə baş tutub.
Səmimi şəraitdə keçən görüşdə müəllimin həyat yolu, uzunillik pedaqoji fəaliyyəti, təhsil sahəsində qazandığı təcrübə və yetirmələrinin uğurları barədə söhbət aparılıb.
Araz Əhmədov Vəkil Ağayevin yarım əsrdən artıq davam edən müəllimlik fəaliyyətini, gənc nəslin maariflənməsi və tərbiyəsi istiqamətində xidmətlərini yüksək qiymətləndirib, ona diqqət və ehtiramını ifadə edib.
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı rayonun yaşayış məntəqələrində sakinlərlə, müxtəlif peşə və sənət sahələrinin nümayəndələri ilə mütəmadi görüşlər keçirir, onların həyat və fəaliyyəti ilə maraqlanır.
Əlihüseyn Şükürov, Cənub Media, Masallı
Views: 235
Post navigation
Report+2 mənbə