“Mart ayında daha güclü olacağıq” – Roberto Mançini
İdmanXəbəradmin


İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasında mübarizəni dayandırmalarına baxmayaraq, gələcəyə nikbin yanaşır.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssis sosial şəbəkə hesabında komanda ilə fotosunu paylaşaraq futbolçulara təşəkkür edib.
“Turnirdən kənarda qalmağın məyusluğuna baxmayaraq, düzgün yoldayıq. Gənc futbolçuları təbrik edirəm. Mart ayında daha güclü olacağıq”, – deyə Mançini bildirib.
Qeyd edək ki, İtaliya millisi qrupda üçüncü yeri tutaraq 1/4 finala yüksələ bilməyib.
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43
