Niko Pasın "Real Madrid"ə qayıtmamasının səbəbi açıqlandı


İspaniyalı jurnalist Selene Melian Niko Pasın bu mövsüm "Real Madrid"ə qayıtmaqdan imtina etməsinin səbəblərini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Melianın sözlərinə görə, gənc yarımmüdafiəçi "Komo"da daha vacib rol oynayacağına görə bu qərarı özü verib:
"Radio Marca və şəxsi mənbələrimdən aldığım məlumata əsasən, məhz Niko Pas bu il "Komo"da qalmağa qərar verib. Onun ailəsi ilə yaxın münasibətlərim var, atasının Argentina millisində və "Tenerife"də oynadığını nəzərə alsaq, bu barədə əminliklə danışa bilərəm".
"Real Madrid"in yarımmüdafiəsindəki ciddi rəqabətə toxunan Melian bildirib:
"Hazırkı heyətdən kimi çıxarmaq lazımdır ki, Niko Pas əsas oyunçu olsun? Bəlkə, Bellinqemi? Təbii ki, Niko Pas bir gün "Real Madrid"də oynamaq istəyir, amma bu mövsüm Sesk Fabreqasın rəhbərliyi altında müntəzəm meydana çıxacağına tam zəmanət alıb".