Mariani: Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakı üçün üç şərt lazımdır


19.11.2026 - 11:00
Avropa Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda iştirak etmək istəyirsə, ilk növbədə vahid strategiya formalaşdırmalı, ümumi nümayəndə müəyyənləşdirməli və real təsir imkanlarına malik olmalıdır.
Bu barədə Avropa Parlamentinin “Avropa uğrunda Vətənpərvərlər” fraksiyasının üzvü, fransalı deputat Tyerri Mariani açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, Avropanın hazırda nə müstəqil strategiyası, nə vahid nümayəndəsi, nə də sülh şərtlərinin müzakirəsinə təsir göstərə biləcək real imkanları var.
“Strategiyası, nümayəndəsi və real imkanları olmayan Avropa sülh şərtlərinin müzakirəsində iştirak edə bilməyəcək”, – deyə Mariani vurğulayıb.
O, eyni zamanda təmsil etdiyi Fransanın Rusiya ilə münasibətləri bərpa etməsinin vacibliyini qeyd edib.
“Bütün tərəflərlə dialoq aparmaq kimi uzunmüddətli ənənəyə malik Fransa nəhayət bu ənənəyə qayıtmalıdır”, – deyə deputat bildirib.
//Gülnarə Abasova, Editor.az
1 mənbə
