Manuel Noyer zədədən sonra əsas qapıçı olaraq qalacaq


Manuel Noyer zədəsini sağaldıqdan sonra "Bavariya Münhen"in əsas qapıçısı olaraq çıxışını davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı qapıçı Bundesliqa çərçivəsində "Maynts"lə oyunda (2:1) ayaqtutma vətərində qismən qopma diaqnozu ilə 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq. Bild-in məlumatına görə, klubun qapıçı iyerarxiyasında dəyişiklik gözlənilmir: Noyer birinci, 23 yaşlı Yonas Urbix isə ikinci qapıçı olacaq. Bununla belə, mövsümün ikinci yarısında Urbixin də kifayət qədər oyun şansı əldə edəcəyi gözlənilir.
