Samux rayonu qurumu passiv vergi ödəyicisi ilə iri məbləğli müqavilələr bağlayıb


3 mənbə əsasında
Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən “GUE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqavilələri imzalanıb. Sentyabrın 8-də həyata keçirilən razılaşmalara əsasən, işıqlandırma və abadlıq işləri üçün mal-materialların alınmasına ümumilikdə 136 mindən çox manat yönəldilib. Məlumata görə, 2022-ci ildə qeydiyyata alınan həmin MMC vergi ödəyicisi kimi hazırda passiv vəziyyətdədir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir
Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 08.09.2026-cı ildə işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə “GUE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 46.916,8 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Sözügedən qurum “GUE GROUP” MMC ilə 08.09.2026-cı ildə, yəni həmin gün həmdə abadlaşdırma işlərinin görülməsi üçün mal-materialların satınalınması üzrə 89.862,31 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Göründüyü kimi Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bir gündə “GUE GROUP” MMC ilə ümumi dəyəri 136 778 manat olan iki satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, “GUE GROUP” (VÖEN: 2007303051) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14.03.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, MƏHƏMMƏD HADİ, ev.80, m.58, qanuni təmsilçisi kimi isə Qurbanov Üzeyir Qurban oğlu qeyd olunub. MMC-yə reyestrdən son dəfə verilmiş çıxarışın tarixi 06.08.2026-cı il göstərilir. Vergi ödəyicisi olaraq “GUE GROUP” MMC hazırda passiv vəziyyətdədir. Maraqlıdır, Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi passiv durumda olan vergi ödəciyicisi ilə bir gündə iki satınalma müqaviləsini hansı əsaslarla bağlayıb? Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi MMC-nin passiv vəziyyətdə olduğunu gördüyü halda Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə müqavilə bağlamağa hansı əsaslarla razılıq verib? Mətbuata açıqlamalarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərə
Tam oxu Realnews.az saytındaDərc vaxtına görə
Realnews.azoxuduğunuz
Mahir Əliyev passiv vergi ödəyicisi ilə müqavilələr bağlayır – Antiinhisar Agentliyi də seyr edir