Macarıstanda korrupsiyada ittiham olunan keçmiş nazirə məxsus 24 milyon avro aktiv müsadirə edildi


BAKI, 21 noyabr. TELEQRAF
Macarıstan hökumətı korrupsiya ittihamı ilə həbs edilən keçmiş Milli İnkişaf naziri Mikloş Şestakaya məxsus 9 milyard forint (24,4 milyon avro) dəyərində aktivi müsadirə edib
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Maryar məlumat verib:
"Milli İstintaq Bürosu Viktor Orbanın hökumətində nazir olan Mikloş Sesztaka məxsus, ümumi dəyəri 9 milyard forint olan aktivləri müsadirə edib. Səbəb korrupsiya şübhələri idi. Həmçinin ona məxsus bir ev və avtomobil salonu da müsadirə olunub".
Qeyd edək ki, Şestak üzgüçülük hovuzlarının tikintisi və "Volan" şirkətinə avtobusların tədarükü ilə bağlı dövlət müqavilələrinin verilməsi zamanı külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Sentyabrın sonlarında məhkəmənin qərarı ilə keçmiş nazir həbs edilib. Bundan əvvəl parlament onu deputat toxunulmazlığından məhrum etmişdi.
Viktor Orban isə öz növbəsində iddia edir ki, hökumətinin keçmiş üzvləri heç bir cinayət törətməyiblər və aparılan araşdırma onların günahsızlığını üzə çıxaracaq.