2027-ci il bu tarixlərdə doğulanlar üçün unudulmaz olacaq


2027-ci ildə bəzi insanların həyatında ciddi dəyişikliklərin baş verəcəyi, iş, münasibətlər və gələcək planları ilə bağlı mühüm qərarların gündəmə gələcəyi iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan astroloji paylaşımda üç doğum tarixi aralığında dünyaya gələn şəxslərin 2027-ci ili unudulmaz yaşayacağı bildirilib.
• 20 avqust 1981 – 18 noyabr 1982;
• 24 sentyabr 1985 – 21 noyabr 1986;
• 19 sentyabr 1989 – 27 yanvar 1991.
İddiaya görə, bu tarixlərdə doğulan şəxslərin astroloji xəritələrində Saturnun və xarici planetlərin ciddi təsirləri müşahidə olunur.
Bunun nəticəsində həmin insanların iş həyatında, şəxsi münasibətlərində və gələcək planlarında yenidən dəyərləndirmələr aparacağı, həyatlarının istiqamətini dəyişə biləcək qərarlar verəcəyi gözlənilir.
Qeyd edək ki, bu fikirlər astroloji yanaşmaya əsaslanır və elmi proqnoz hesab edilmir.