Lula Putin, Tramp və Si Cinpinə səsləndi - “Oturub içki için, zorakılığı dayandırın”


Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinə dünyada zorakılığın dayandırılması üçün bir araya gəlmək çağırışı etdiyini bildirib.
“aia.az” “CNN Brazil”ə istinadla xəbər verir ki, bu barədə Braziliya lideri noyabrın 22-də açıqlama verib.
Lula da Silva hər üç liderlə telefon danışığı apardığını və onları problemləri danışıqlar yolu ilə həll etməyə çağırdığını söyləyib:
“Mən onların üçünə də zəng etdim və eyni sözləri dedim: Tanrı xatirinə, bir araya gəlin, pivə, konyak və ya viski için, amma danışın və zorakılığı dayandırın. Təsadüfdür, ya yox, hər üçü bir araya gəldi”.
O, telefon zənglərinin üçtərəfli görüşün keçirilməsinə təsir edib-etmədiyini bilmədiyini qeyd edib. Braziliya lideri hər üç siyasətçi ilə sərbəst ünsiyyət qura bildiyini və onlarla bir saat yarımdan çox danışdığını da əlavə edib.
Xatırladaq ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Putin, Tramp və Si Cinpinin ilk üçtərəfli görüşü keçirilib. Liderlər beynəlxalq vəziyyət, strateji sabitlik, qlobal təhlükəsizlik və regional münaqişələri müzakirə edərək sülh haqqında bəyannamə qəbul ediblər. Görüşdə iqtisadi əməkdaşlıq, ərzaq və enerji təhlükəsizliyi məsələləri də gündəmə gətirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
1 mənbə
