Kilsədə 19 nəfər dəm qazından zəhərləndi


Almaniyanın Allqoy regionunda (Bavariya federal torpağı) kilsələrdən birində azı 19 nəfər dəm qazından zəhərlənib. Bu barədə “Focus Online” polisə istinadla məlumat yayıb.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, hadisə Bad-Qrönenbax icmasında istilik sisteminin nasazlığı səbəbindən baş verib.
Dörd nəfərin vəziyyəti ağırdır. Ərazidə təcili yardım xidmətləri, yanğınsöndürmə briqadaları və polis əməkdaşlarının iştirakı ilə genişmiqyaslı əməliyyat başlayıb. Yaralılara lazımi tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanları hadisənin dəqiq səbəbinin hələ müəyyən olunmadığını bildirib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play
Dərc vaxtına görə
Bizim.mediaoxuduğunuz
Kilsədə 19 nəfər dəm qazından zəhərləndi
