Almaniya ordusu böyüyür: 190 minlik plan geridə qaldı


Almaniya Silahlı Qüvvələri 2026-cı il üçün qarşıya qoyulmuş 190 minlik şəxsi heyət planını nəzərdə tutulandan daha tez icra edib.
Xitab24.az xəbər verir ki, bu barədə Bundesverin baş komandanlığına gətirilən quru qoşunlarının inspektoru, general-leytenant Kristian Froydinq "Bild am Sonntag" nəşrinə açıqlamasında danışıb.
Ordunun sıralarının 2035-ci ilədək 260 min nəfərə yüksəldilməsi strategiyasından söz açan general növbəti ildən etibarən gənclər üçün 20 mindən artıq hərbi hazırlıq yerinin istifadəyə veriləcəyini, eyni zamanda batalyon strukturlarında yeni pilotsuz aparatlar bölüklərinin fəaliyyətə başlayacağını diqqətə çatdırıb.
K.Froydinq əlavə edib ki, Berlin 2029-cu ildən sonra Rusiya ilə Şimali Atlantika Alyansı arasında qaçılmaz bir müharibənin başlayacağı tezisinə əsaslanmır. Bununla belə, dünyadakı mürəkkəb və qeyri-sabit geosiyasi reallıqlar səbəbindən ordunun ən yüksək döyüş qabiliyyətinə təcili şəkildə çatdırılması zəruridir.
