Lui Saa: "Məncə, "Mançester Yunayted" rəhbərliyi də məsuliyyət daşıyır"


Keçmiş "Mançester Yunayted" hücumçusu Lui Saa Maykl Kerrikin baş məşqçi postundan ayrılmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Saa komandanın oyunçularının yetərincə səy göstərmədiyini və mövsüm ərzində bir çox məsələlərin düzgün getmədiyini vurğulayıb. O qeyd edib ki, yanlış yanaşma seçilmişdi, komanda çoxlu qol buraxırdı və tez-tez enerji çatışmazlığı hiss olunurdu. Əsas hücumçunun zədələnməsi də vəziyyəti ağırlaşdırıb. Saa əlavə edib: "Maykl öz məsuliyyətini anlayır, lakin klub rəhbərliyi də etiraf etməlidir ki, onlar da kifayət qədər iş görməyiblər".
1 mənbə
