Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı


UEFA Millətlər Liqasının D Liqası çərçivəsində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyununun hakimləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, matçı Estoniyadan olan FIFA referisi Kristo Tohver idarə edəcək. Ona Silver Koiv və Sander Saqa köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək. VAR-da Marko Liva, AVAR-da isə Yuri Frişer əyləşəcək.
Noyabrın 13-də Vadutsda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
