“Liverpul” “Mançester Yunayted”i darmadağın edib


"Liverpul” İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Yunayted”i 4:0 hesabı ilə məğlub edib.
Operativ Media xəbər verir ki, “Enfild” stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin qollarını Dominik Soboslai (10), Florian Virtz (13), Rio Nqumoa (66) və Viktor Munyos (82) vurublar.
“Mançester Yunayted” 8-ci dəqiqədən etibarən azlıqda qalıb. Lenni Yoro birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Bu görüş “Mançester Yunayted”in Maurisio Poçettino rəhbərliyi altında ilk oyunu olub.
Qələbədən sonra 18 xala yüksələn “Liverpul” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 8 xalla 19-cu yerdədir.
Dərc vaxtına görə