“İki belə mütəxəssislə işləmək fürsəti qazandığım üçün xoşbəxtəm”


“Liverpul”un yarımmüdafiəçisi Florian Virts hazırkı forması barədə danışıb, həmçinin Andoni İraola və Yurgen Kloppun rəhbərliyi altında çalışmaq təəssüratlarını bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, alman futbolçu hazırkı vəziyyətindən razı olduğunu bildirib:
“Özümü çox yaxşı hiss edirəm. Bu, həm də komandamızın inkişaf etməsi və daha da güclənməsi ilə bağlıdır. Bu prosesin bir hissəsi olduqda sən də inkişaf edirsən. Bu, mənim çox xoşuma gəlir”, – deyə futbolçunun sözlərini BBC yayıb.
Andoni İraola və Yurgen Kloppla klubda və millidə işləməsi barədə danışan Virts hər iki mütəxəssisin yüksək səviyyəli məşqçi olduğunu vurğulayıb:
“Hər ikisi çox yaxşı məşqçidir. Onların rəhbərliyi altında oynamaq xoşuma gəlir. Hər biri komandaya özünəməxsus nəsə gətirir. Belə iki mütəxəssislə işləmək fürsəti qazandığım üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, futbolçunun komandası son matçda “Mançester Yunayted”i 4:0 hesabı ilə məğlub edib.
Əlavə edək ki, Virts “Mançester Yunayted”lə görüşdə oyun ərzində 10 qol imkanı yaradıb. Bu, 2015-ci ilin martından bəri Premyer Liqanın bir matçında qeydə alınan ən yüksək göstəricidir. Həmin vaxt “Mançester Siti”nin futbolçusu David Silva “Vest Bromviç”lə qarşılaşmada 11 qol imkanı yaratmışdı.
