“Mançester Yunayted” yeni baş məşqçi ilə darmadağın oldu


İngiltərə Premyer Liqasının XI turunda “Liverpul” doğma meydanda “Mançester Yunayted”ə böyük hesabla qalib gəlib.
Sportify.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüş Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 8-ci dəqiqəsində qonaqların müdafiəçisi Lenni Yoro qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan iki dəqiqə sonra Dominik Soboslai cərimə zərbəsindən hesabı açıb. Floriyan Virts 13-cü dəqiqədə fərqi artırıb.
Rio Nqumoa 66-cı dəqiqədə üçüncü, Viktor Munyos isə 82-ci dəqiqədə dördüncü qolu vuraraq “Liverpul”un qələbəsini rəsmiləşdirib.
Bu nəticədən sonra xallarını 21-ə çatdıran “Liverpul” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 8 xalı olan “Mançester Yunayted” isə 19-cu yerdədir.
Növbəti turda “Liverpul” noyabrın 29-da “Everton”la, “Mançester Yunayted” isə bir gün əvvəl “Brentford”la qarşılaşacaq.
Dərc vaxtına görə
