“Kəpəz” azarkeşləri rekord qırdı – VİDEO


Futbol üzrə Misli Premyer Liqasının 2026/27 mövsümündə tribunalara gələn azarkeş sayı üzrə yeni rekord qeydə alınıb.
Futbolpress.az xəbər verir ki, XII tur çərçivəsində Gəncə şəhər stadionunda baş tutan “Kəpəz” – “Qarabağ” görüşünü canlı olaraq 15 500 tamaşaçı izləyib. Qolsuz heç-heçə ilə yekunlaşan bu qarşılaşma cari birinciliyin ən çox azarkeş toplayan matçı statusuna yiyələnib.
Qeyd edək ki, əvvəlki ən yüksək göstərici də məhz Gəncə təmsilçisinin ev oyununda yaşanmışdı. Sentyabrın 4-də IV turda meydan sahiblərinin “Şamaxı”ya 1:4 hesabı ilə uduzduğu matçı 15 000 azarkeş stadiondan seyr etmişdi.
Gəncə şəhər stadionundakı atmosferin videosunu buradan izləyə bilərsiniz.
