Poçettino debüt oyununda darmadağın oldu


22.11.202622:56
İngiltərə Premyer Liqasında 11-ci turun oyunları keçirilir.
Msport.az xəbər verir ki, “Liverpul” “Enfild Roud”da “Mançester Yunayted”i qəbul edib. Bu, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Maurisio Poçettinonun debüt oyunu olub.
Argentinalı mütəxəssis debüt matçında böyük hesabla uduzub. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
“Mançester Yunayted” 8-ci dəqiqədən etibarən oyunu azlıqda keçirib. Leni Yoro birbaşa qırmızı vərəqə alıb.
“Liverpul” 21 xalla turnir cədvəlində 4-cü yeri tutur. “Mançester Yunayted” isə 8 xalla 19-cu pillədədir.
İngiltərə Premyer Liqası
11-ci tur
“Liverpul” – “Mançester Yunayted” 4:0
Qollar: Domenik Soboslai, 10, Florian Virtz, 13, Rio Nqumov, 66, Viktor Munyos, 82.
