“Leypsiq”in futbolçusu “Beşiktaş”a keçə bilər
Futbolpress.azŞahin Cəfərov


“Leypsiq”in futbolçusu Con Bakayoko karyerasını Super Liqada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Beşiktaş” vingerin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
“Beşiktaş”ın idman direktoru Önder Özen transfer danışıqları üçün Almaniyaya yollanacaq.
23 yaşlı futbolçu bu mövsüm 5 oyunda 1 qol vurub.
Bakayoko Belçika millisinin də üzvüdür.
