Lendeborq ilin ən yaxşı debütantı mükafatına münasibət bildirib


"Qolden Steyt Uorriors"un forvardı Yaksell Lendeborq debütantlar üçün nəzərdə tutulan ilin ən yaxşı oyunçusu mükafatı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Lendeborq bu mükafatı qazanmaq istədiyini, lakin bununla bağlı müəyyən tərəddüdlərinin olduğunu bildirib: "Düzünü desəm, bu mükafatı həqiqətən çox istəyirəm. Amma əslində bu elə bir vəziyyətdir ki, istənilən halda uduzan tərəf mən oluram. Əgər mükafatı almasam, deyəcəklər: ‘O, 24 yaşındadır, amma ən yaxşı debütant ola bilmədi’. Əgər qazansam, yenə deyəcəklər: ‘Əlbəttə, axı onun 24 yaşı var’. Ona görə də bu mükafatı almaq xoş olardı, amma bu il əsas məqsədim Ulduzlar Oyununda iştirak etməkdir".
Qeyd edək ki, NBA tarixində Ulduzlar Oyununda cəmi 45 debütant çıxış edib. 1985-ci ildən bəri isə bunu yalnız 10 oyunçu bacarıb. Sonuncu belə debütant Bleyk Qriffin olub (2011-ci il).
