Lavrov: Ankoric görüşündən sonra avropalılar Trampdan asılı vəziyyətdə qalıblar


Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ liderlərinin Alyaskanın Ankoric şəhərində keçirilən görüşündən sonra avropalılar ABŞ Prezidenti Donald Trampdan asılı vəziyyətə düşüblər.
Lavrov bu barədə Rusiya mediasına açıqlamasında deyib.
Nazir Rusiyanın əsas müttəfiqlərinin öz ordusu, donanması, hərbi-kosmik və nüvə qüvvələri olduğunu vurğulayıb. O, Avropanın Ukrayna məsələsində vasitəçilik etmək üçün çoxsaylı imkanlara malik olduğunu, lakin bu imkanlardan necə istifadə edildiyinin bəlli olduğunu bildirib.
Lavrov Rusiya-ABŞ danışıqlarının ləng getdiyini, iki ölkə arasında hələ də çoxsaylı fikir ayrılıqlarının qaldığını qeyd edib.
O, həmçinin ABŞ ilə münasibətlərdə həddindən artıq heyranlıq nümayiş etdirməyin düzgün olmadığını, Vaşinqtonun bu cür davranışa hörmətlə yanaşmadığını söyləyib.
1 mənbə