Krım körpüsündə Ukraynanın zərbələrindən sonra yeni dağıntılar görüntülənib
İnfoaz.mediainfoaz


19.11.2026 - 20:49
Ukraynanın zərbələrindən sonra Krım körpüsünün vəziyyətini əks etdirən yeni peyk görüntüləri yayımlanıb.
İNFOAZ.MEDİA xəbər verir ki, açıq mənbəli kəşfiyyat analitiki Dnipro OSINT tərəfindən yayımlanan görüntülərdə körpünün avtomobil yolunun üç hissəsində, dəmir yolu xəttinin isə daha iki-üç hissəsində zədələnmə əlamətləri görünür.
Məlumata görə, Ukrayna Hərbi Dəniz Qüvvələri noyabrın 19-na keçən gecə körpünün dəmir yolu hissəsinə “Neptun” qanadlı raketləri ilə zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı dəmir yolu xətlərinin zədələndiyini təsdiqləyib.
Rauf
1 mənbə