Tramp administrasiyasının rəsmisi Qayana ərazisinin bir hissəsinin Venesuelaya verilməsini təklif edib


19.11.2026 - 20:47
ABŞ Prezidenti Donald Trampın administrasiyasının rəsmisi Qayanaya neftlə zəngin Essequibo bölgəsinin bir hissəsini Venesuelaya güzəştə getməyi təklif edib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Ceremi Levin Qayananın xarici işlər naziri Robert Persaud ilə görüşündə ərazi mübahisəsinin həlli üçün danışıqlara vasitəçilik edə biləcəyini bildirib. O, Venesuelanın Essequibo bölgəsinə qismən nəzarət əldə etməsi ehtimalını da gündəmə gətirib.
Levin danışıqların Ağ Evin tapşırığı və icazəsi ilə aparıldığını bildirib. Bu təklif Qayana rəsmiləri arasında narahatlıq yaradıb.
ABŞ Dövlət Departamenti isə Vaşinqtonun Qayana ilə Venesuela arasındakı sərhədə dair mövqeyinin dəyişmədiyini bəyan edib.
Rauf
Report+22 mənbə