Latviyanın müdafiə xərcləri artırılacaq


Latviya bu il ümumi daxili məhsulunun (ÜDM) 6,4%-ni müdafiəyə ayırıb, bu da əvvəlki ildəkindən çoxdur.
Teleqraf xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs bildirib.
Kulberqs "Die Welt" qəzetinə verdiyi müsahibədə deyib: "Bu il ÜDM-in 6,4%-ni müdafiəyə ayırdıq, keçən il isə bu, 5% idi. Ayrılan vəsait infrastruktur layihələri üçün deyil, yalnız silah və hərbi texnikanın alınması üçün nəzərdə tutulub. Bizim başqa seçimimiz yoxdur; coğrafi mövqeyimiz bizi bu qərarları verməyə məcbur edir".
Baş nazir yüksək müdafiə xərclərinin respublikanın investisiya cəlbediciliyinə və yerli biznesə mənfi təsir göstərdiyini etiraf edb: "İnvestorlar tam olaraq növbəyə durmurlar, yerli sahibkarlar mənfi təsiri hiss edirlər. Ona görə də başa düşürəm ki, bu pulu fərqli şəkildə xərcləyə bilərdim, amma təhlükəsizlik olmadan bütün bunlar mənasızdır".
